Bank Of Baku

İran ABŞ-la danışıqlar barədə Rusiyanı məlumatlandırır

Abbas Araqçi

© APA | Abbas Araqçi

# 18 aprel 2025 15:05 (UTC +04:00)

İran ABŞ-la danışıqlar barədə Rusiyanı məlumatlandırır.

APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, İran Rusiyanın ABŞ ilə aparılan danışıqlardan irəli gələn hər hansı potensial razılaşmada konstruktiv rol oynayacağına ümid edir:

“Biz danışıqlar (ABŞ-İran danışıqları) barədə Sergey Lavrovu məlumatlandırırıq. Ümid edirik ki, Rusiya istənilən potensial razılaşmada fəal və konstruktiv rol oynamağa davam edəcək”.

O, Çinin də danışıqlar barədə məlumatlandırıldığını vurğulayıb.

“Qarşı tərəf qeyri-real və əsassız tələblər irəli sürməkdən çəkinərsə, razılaşma mümkündür”, – İran XİN rəhbəri əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR