Banqladeşdə restoranda güclü yanğın olub, 43 nəfər ölüb

Banqladeşdə restoranda güclü yanğın olub, 43 nəfər ölüb
# 01 mart 2024 01:29 (UTC +04:00)

Banqladeşdə restoranda güclü yanğın olub.

APA xəbər verir ki, bu barədə “The Daily Observer” qəzeti məlumat yayıb.

Hadisə paytaxt Dəkkədəki restoranda qeydə alınıb.

Yanğında 43 nəfər həlak olub.

Hadisə yerində 12 yanğınsöndürmə briqadası cəlb olunub və alovun qarşısı alınıb.

Yanğının səbəbi barədə məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR