Bank Of Baku

BƏƏ və ABŞ enerji sektoruna investisiyaların artırılmasını müzakirə ediblər

BƏƏ və ABŞ enerji sektoruna investisiyaların artırılmasını müzakirə ediblər
# 11 aprel 2025 07:18 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və ABŞ-ın energetika naziri Kris Rayt enerji sektoruna investisiyaların artırılması imkanlarını müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə BƏƏ-nin "WAM" dövlət informasiya agentliyi məlumat yayıb.

Abu-Dabidə keçirilən görüş zamanı tərəflər enerji sahəsində “strateji əməkdaşlıq” məsələlərini, o cümlədən süni intellekt və qabaqcıl texnologiyaların inkişafı üzrə birgə layihələrin həyata keçirilməsini də müzakirə ediblər.

Dövlət agentliyinin məlumatına görə, görüşdə BƏƏ prezidentinin qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə sadiqliyi bir daha təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR