Birləşmiş Ərəb Əmirlikləri və İranın milli təhlükəsizlik sahəsində yüksəkvəzifəli rəsmiləri ABŞ-İsrail hərbi əməliyyatları başlayandan sonra ilk dəfə üzbəüz görüş keçiriblər.
Bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, görüş bu həftə baş tutub və tərəflər arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Agentlik qeyd edir ki, təşəbbüs əsasən Əbu-Dabidən gəlib və BƏƏ Tehranla münasibətlərin yumşaldılmasında maraqlıdır.
Hazırda BƏƏ rəhbərliyi iqtisadiyyat və təhlükəsizlik sahəsində mümkün riskləri minimuma endirməyə çalışır.