Bu gün BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Geir Otto Pedersen Türkiyəyə gəlib.
Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) APA-nın yerli bürosuna verilən xəbərə görə, Geir Otto Pedersen nazir müavini Sedat Önalla görüşüb.
Görüş zamanı Suriya Konstitusiya Komitəsinə dair müzakirələr aparılıb.
Geir Otto Pedersenin Türkiyəyə səfəri 2 gün davam edəcək.