Borel: Qəzzada ciddi irəliləyiş yoxdur

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell

© APA | Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell

# 22 aprel 2024 19:51 (UTC +04:00)

Qəzzada müharibə davam etdikcə regionda stabillik olmayacaq.

APA xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borel Aİ Xarici İşlər Şurasının iclasının yekununda mətbuat konfransında deyib.

Ali Nümayəndə bildirib ki, Qəzzada israilli girovların azad edilməsi, dərhal atəşkəs və humanitar yardımın çatdırılmasının asanlaşdırılması istiqamətində ciddi irəliləyiş yoxdur: "Fələstin xalqı üçün fəlakət davam edir".

Aİ-nin baş diplomatı əlavə edib ki, Aİ XİN rəhbərləri növbəti iclasa İsrailin xarici işlər naziri İsrael Katz və Fələstin dövlətinin hökumət başçısı Məhəmməd Mustafanın dəvət olunması barədə razılaşıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR