Britaniyanın Müdafiə Nazirliyi hərbi geyimlər üçün emblemlər tədarük edən Çin şirkətindən şübhələnir

Britaniyanın Müdafiə Nazirliyi hərbi geyimlər üçün emblemlər tədarük edən Çin şirkətindən şübhələnir
# 16 iyun 2024 03:41 (UTC +04:00)

Böyük Britaniyanın Müdafiə Nazirliyi ordunun hərbi baş geyimləri üçün emblemlər tədarük edən Çin şirkətindən şübhələnir.

APA xəbər verir ki, bu barədə iyunun 15-də “Financial Times” qəzeti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Böyük Britaniya kralı III Çarlz (Şahzadə Çarlz) kral gerbini dəyişib. Bu səbəbdən də hərbi baş geyimlərindəki emblemlərin dəyişdirilməsi zərurəti yaranıb.

Nişanların istehsalı üzrə müqavilə Çindəki fabriklərdən qismən istifadə edən “Wyedean Weaving” şirkətinə verilib.

Nəşrin yüksək çinli məmura istinadən yaydığı məlumatda deyilir: “Kokardaların izləmə cihazları və ya GPS ötürücüləri ola biləcəyi ilə bağlı narahatlıqlar var. Nəticədə nişanların təqdim edilməsində gecikmələr yaşanır. Çünki Böyük Britaniya onları tez bir zamanda və ucuz qiymətə istehsal etməyə qadir deyil.”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR