Bank Of Baku

Bu gün Hindistan Baş naziri İsrailə səfər edəcək

Hindistanın Baş naziri Narendra Modi və İsrailin Baş naziri Benyamin Netanyahu

© APA | Hindistanın Baş naziri Narendra Modi və İsrailin Baş naziri Benyamin Netanyahu

# 25 fevral 2026 10:40 (UTC +04:00)

Bu gün Hindistanın Baş naziri Narendra Modinin İsrailə iki günlük rəsmi səfəri başlayır.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, ABŞ-la İran arasında hərbi qarşıdurma riski artdığı bir dövrdə hər iki ölkə bu səfəri əlaqələri daha da möhkəmləndirmək fürsəti kimi təqdim edir.

Bildirilir ki, Hindistan və İsrail arasındakı ticarət əlaqələri son illərdə sürətlə inkişaf edib, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlıq güclənib.

Modinin səfəri zamanı təhlükəsizlik, texnologiya və kənd təsərrüfatı sahələrində bir sıra yeni anlaşmaların imzalanacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR