Bank Of Baku

Cavad Zərif Banqladeş və İndoneziyaya gedəcək

Cavad Zərif Banqladeş və İndoneziyaya gedəcək
# 02 sentyabr 2019 11:55 (UTC +04:00)

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyəti Banqladeş və İndoneziyaya səfər edəcək. 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran XİN-in sözçüsü  Abbas Musəvi deyib.

A.Musəvinin sözlərinə görə, M.C.Zərif banqladeşli həmkarı və digər bir sıra yüksək vəzifəli şəxslərlə görüş keçirəcək, eyni zamanda, Hind okeanı boyunca yerləşən ölkələrin regional zirvə toplantısına qatılacaq, sammitdə çıxış edəcək.

A.Musəvi bildirib ki, C.Zərif oradan İndoneziyaya səfər edəcək və bu ölkə rəsmiləri ilə İslam dünyasında baş verən son hadisələr haqqında danışıqlar aparacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR