Cənubi Koreya Respublikası və ABŞ hərbçiləri Yapon dənizində təlimlərə başlayıb.
APA xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.
Təlimi şərtləndirən əsas amillərdən biri KXDR-dən gələn raket və nüvə təhlükələri ilə mübarizə aparmaqdır.
Doqquz gəminin iştirak etdiyi hərbi dəniz təlimləri üç gün davam edəcək.
Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, təlimlərə sualtı qayıqlara qarşı döyüş və canlı atəş təlimləri daxildir.