Cənubi Koreyada İrana aid dondurulmuş 5,5 milyard avrodan çox vəsait Qətər banklarına köçürülüb.
APA “İran Press” xəbər agentliyinə istinadən xəbər verir, bu barədə İran Mərkəzi Bankının rəhbəri Məhəmmədrza Fərzin bildirib.
Onun sözlərinə görə, Qətərin Əl-Əhli və Əl-Duxandakı banklarında altı İran bankına məxsus hesablara ümumilikdə 5 milyard 576 milyondan avrodan çox vəsait daxil olub və bu barədə artıq Qətər hakimiyyətindən rəsmi məktub daxil olub.
Məhəmmədrza Fərzin onu da qeyd edib ki, ölkəsinin xaricdə dondurulmuş valyuta ehtiyatlarına çıxışı üçün daha bir neçə ölkədə işlər həyata keçirilir və real nəticələr əldə olunandan sonra ictimaiyyətə açıqlanacaq.