Cənubi Koreya hökuməti keçmiş Prezident Yun Sok-Yölün xələfini seçmək üçün iyunun 3-də prezident seçkiləri keçirmək barədə ilkin qərar qəbul edib.
APA xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.
Müvafiq qərarın Nazirlər Kabinetinin bu həftə keçiriləcək iclasında təsdiqlənəcəyi qeyd olunur.
Aprelin 4-də Koreya Respublikasının Konstitusiya Məhkəməsi yekdilliklə prezident Yun Sok-Yölün impiçmentini təsdiqləyib və onu hakimiyyətdən kənarlaşdırıb.