Cənubi Koreyanın ilk kəşfiyyat peyki Pxenyanın görüntülərini ötürüb

Cənubi Koreyanın ilk kəşfiyyat peyki Pxenyanın görüntülərini ötürüb
# 03 mart 2024 09:26 (UTC +04:00)

Cənubi Koreyanın ilk kəşfiyyat peyki Pxenyanın fotoşəkillərini "yaxşı ayırdetmə" ilə ötürüb.

APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi hərbçilər arasında olan mənbələrə istinadən məlumat yayıb.

"Bu yaxınlarda göndərilmiş peyk şəkillərinin redaktə nəticələrinə əsasən, keyfiyyət gözlənildiyi kimi yaxşıdır. Şəkillər Pxenyanın mərkəzini və limandakı gəmiləri göstərir", - mənbə bildirib. Agentliyin məlumatına görə, peyk şəkilləri diqqətli redaktə tələb edir.

Cənubi Koreya hakimiyyəti gələn ay fotoşəkillərin keyfiyyətinin daha yüksək olacağını gözləyir. Başqa bir mənbəyə görə, kəşfiyyat peykinin tam istismarı iyun və ya iyul aylarında başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR