Bank Of Baku

Çin Almaniya XİN rəhbərinin sözlərini siyasi təxribat adlandırıb

Çin Almaniya XİN rəhbərinin sözlərini siyasi təxribat adlandırıb
# 18 sentyabr 2023 12:56 (UTC +04:00)

Rəsmi Pekin Çin sədri Si Cinpini diktator adlandıran Almaniyanın xarici işlər naziri Annalena Beerbokun bəyanatına cavab verib.

APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bu gün Pekində keçirdiyi brifinq zamanı bildirib.

XİN rəsmisinin sözlərinə görə, Beerbokun sözləri absurddur və açıq-aşkar siyasi təxribat xarakteri daşıyır.

Həmçinin əlavə olunub ki, Çin Berlinə kəskin narazılığını bildirib və bu, diplomatik kanallar vasitəsilə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR