Çin hökumət rəsmilərinə iş yerində "iPhone" smartfonlarından istifadə qadağan edilib.
APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Həmçinin qeyd olunub ki, hökumət rəsmilərinə hətta smartfonları özləri ilə binalara keçirmək qadağan edilib.