Paşha Bank
Bank Of Baku

Çin İrana hərbi yardım göstərməsi barədə iddiaları təkzib edib

Çin İrana hərbi yardım göstərməsi barədə iddiaları təkzib edib
# 15 oktyabr 2026 23:40 (UTC +04:00)

Çin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri Tehrana hər hansı hərbi yardım göstərmədiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Çinin Vaşinqtondakı səfirliyi məlumat yayıb.

Diplomatik nümayəndəlik ABŞ mediasında Çinin İrana hərbi dəstək göstərməsi, o cümlədən Amerika obyektlərinin peyk görüntülərini ötürməsi barədə yayılan iddiaları rədd edib.

“Bu məlumatlar həqiqətə uyğun deyil və heç bir faktiki əsası yoxdur. Müharibə başlayandan sonra Çin İrana heç bir hərbi yardım göstərməyib”, – səfirlikdən bildirilib.

Diplomatik nümayəndəlik Pekinin sülhün bərpasına tərəfdar olduğunu vurğulayaraq bütün tərəfləri Fars körfəzi regionunda münaqişənin tezliklə dayandırılmasına çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR