Çin yanvar-may ayları ərzində 200 milyon ton kömür idxal edib

Çin yanvar-may ayları ərzində 200 milyon ton kömür idxal edib
# 17 iyun 2024 08:46 (UTC +04:00)

Çin cari ilin yanvar-may aylarında 200 milyon ton kömür idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,6% çoxdur.

APA "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, ölkə daxilində ilin ilk beş ayında yerli kömür hasilatı illik müqayisədə 3% azalaraq 1,86 milyard tona düşüb.

Bildirilib ki, may ayında Çin müəssisələri tərəfindən kömür hasilatı 380 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR