Çinin Quançjou şəhərində 22 yaşlı gənc idarə etdiyi maşını insan izdihamının üzərinə sürüb, nəticədə 5 nəfər ölüb, 13 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumatda deyilir ki, Çin polisi hadisəni törədən şəxsi həbs edib.
Sosial şəbəkədə yayımlanan videolarda sürücünün qəzadan sonra maşından düşərək pul əskinaslarını havaya atması öz əksini tapıb.
Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanılıb.