Bank Of Baku

Dehlidə yataqxana binasının uçması nəticəsində azı 6 nəfər ölüb- VİDEO - YENİLƏNİB

Dehlidə yataqxana binasının uçması nəticəsində azı 6 nəfər ölüb- VİDEO  - YENİLƏNİB
# 07 sentyabr 2026 09:34 (UTC +04:00)

Hindistanın paytaxtı Yeni Dehlidə beşmərtəbəli yaşayış binasının çökməsi nəticəsində azı 6 nəfər ölüb.

BBC-nin məlumatına görə, dağıntılar altından çıxarılan daha 6 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin stabil olduğu bildirilir.

Dehlinin baş naziri Rekha Gupta binanın zirzəmisində aparılan təmir işləri ilə suyun yığılmasının çökməyə səbəb olduğunu bildirib.

Hazırda dağıntıların təxminən 80 faizi təmizlənib, axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Polis binanın sahibi barəsində cinayət işi açıb və onun axtarışlarını davam etdirir.

***

6 sentyabr, 18.54

Dehlidə beşmərtəbəli yataqxana binası uçub.

Bu barədə Hindustan Times” məlumat yayıb.

Hadisə yerli vaxtla saat 13.34 radələrində baş verib. İndiyə qədər dağıntılar altından 3 nəfərin meyiti aşkarlanıb, 7 tələbə xilas edilib. Dağıntılar altında 50-yə qədər tələbənin qaldığı ehtimal edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR