Dəməşqdə baş verən partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb, 22 nəfər yaralanıb.
APA Qətərin “əl-Cəzira” kanalına istinadən xəbər verir ki, bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
***
17:30
Dəməşqdə Ədalət Sarayının yaxınlığındakı kafeyə yerləşdirilən bombanın partlaması nəticəsində ölənlərin sayı artıb.
"Reuters" xəbər verir ki, partlayışda ölənlərin sayı 5-ə çatıb, daha 16 nəfər isə xəsarət alıb.
***
17:03
Dəməşqdə Ədalət Sarayının yaxınlığında yerləşən kafedə baş verən partlayışda 4 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.
Partlayış nəticəsində daha 10 nəfərin isə xəsarət aldığı bildirilir.
***
16:42
Suriyanın paytaxtı Dəməşqdə Ədalət Sarayının yaxınlığında yerləşən kafedə partlayış baş verib.
Bu barədə Suriyanın dövlət televiziyası “Əl-İxbariyyə” məlumat yayıb.
Ölü və yaralı sayı barədə məlumat verilməyib.