Bank Of Baku

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb - FOTO - YENİLƏNİB-5

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb - FOTO  - YENİLƏNİB-5
# 02 iyul 2026 22:40 (UTC +04:00)

Rusiyanın Kiyevə kütləvi zərbələri nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko "Telegram" kanalında məlumat verib.

Tkaçenko hücum nəticəsində Kiyevin xeyli dağıntıya məruz qaldığını, yaralıların və ölənlərin sayının arta biləcəyini, o cümlədən insanların hələ də binaların dağıntıları altında qaldıqlarını vurğulayıb.

***

16:52

Rusiyanın Kiyevə kütləvi zərbələri nəticəsində ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko "Telegram" kanalında bildirib.

Timur Tkaçenko qeyd edib ki, Rusiyanın Kiyevə kütləvi zərbələri nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

***

13:10

Rusiyanın Kiyevə kütləvi zərbələri nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

***

10:53

Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 13 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko “X” hesabında bildirib.

Onun sözlərinə görə, ikisi azyaşlı olmaqla, azı 86 nəfər isə xəsarət alıb.

Paytaxtda 20 yaşayış məntəqəsi birbaşa hücuma məruz qalıb, 100-ə yaxın tikiliyə ziyan dəyib.

Axtarış-xilasetmə qrupları Kiyevin 15 bölgəsində fəaliyyət göstərir.

***

08:01

Rusiyanın Ukraynaya endirdiyi kütləvi hava hücumu nəticəsində Kiyevdə ciddi dağıntılar baş verib, ölən və yaralananların sayı artır.

APA xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, səhər saat 06:00-a olan məlumata əsasən, hücum nəticəsində 3 nəfər həlak olmuş, 25-ə yaxın şəxs yaralanmışdı. Daha sonra Kiyev meri Vitali Kliçko ölənlərin sayının 5-ə, yaralananların sayının isə 34-ə çatdığını açıqlayıb.

Son məlumata görə isə, Timur Tkaçenko hücum nəticəsində həyatını itirənlərin sayının 8-ə yüksəldiyini bildirib.

"Hazırda Rusiyanın zərbəsi nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. Düşmən növbəti dəfə məqsədli şəkildə yaşayış məhəllələrini hədəfə alır və dinc sakinləri öldürür. Şəhərdə çox ciddi dağıntılar var, çoxlu sayda yaralı, o cümlədən uşaqlar var", – deyə Tkaçenko bildirib.

Onun sözlərinə görə, şəhər üzrə ümumilikdə 28 məntəqəyə zərbələr endirilib. Zərər görən obyektlərin əksəriyyətini yaşayış binaları və mülki infrastruktur təşkil edir.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti isə hücumun nəticələrini əks etdirən görüntülər yayıb. Kadrlarda yanan yaşayış binaları, dağıntılar və külə dönmüş avtomobillər əks olunub.


***
05;46

Rusiyanın iyulun 2-nə keçən gecədən etibarən Kiyevə endirdiyi intensiv hava zərbələri nəticəsində ölənlərin sayı 2-yə, yaralananların sayı isə 16-ya çatıb.

APA xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, kütləvi hava hücumları paytaxtın Obolon, Qoloseyev, Şevçenko, Svyatoşin və Podil rayonlarında mülki infrastruktur obyektlərinə və yaşayış binalarına ciddi ziyan vurub.

Tkaçenko dağıntılar altında insanların qala biləcəyini bildirib və ölənlərlə yaralananların sayının arta biləcəyini istisna etməyib.

***

Rusiyanın pilotsuz uçuş aparatları ilə hücumu fonunda Kiyev yaxınlığında hava hücumundan müdafiə (HHM) sistemləri fəaliyyətə başlayıb.

Bu barədə "RBK-Ukrayna" Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkoya istinadən məlumat yayıb.

"Kiyevlilər, hazırda paytaxtın yaxınlığında HHM bölmələri düşmən hədəflərinə qarşı işləyir", - deyə Tkaçenko bildirib.

Onun sözlərinə görə, dronların paytaxt istiqamətində hərəkətini davam etdirməsi ehtimalı var.

O, yaxın günlərdə kombinə edilmiş hücumun da mümkün olduğunu qeyd edib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri sakinləri hava həyəcanı ləğv edilənədək sığınacaqlarda qalmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR