Bank Of Baku

Dəməşqin dürzilərin məskunlaşdığı bölgələrində atəşkəs elan edilib

Dəməşqin dürzilərin məskunlaşdığı bölgələrində atəşkəs elan edilib
# 01 may 2025 07:55 (UTC +04:00)

Dəməşqin dürzilərin məskunlaşdığı Jaramana və Sahna ətraf bölgələrində iki gün davam edən qarşıdurmalardan sonra atəşkəs razılaşması qüvvəyə minib.

APA xəbər verir ki, Suriya televiziyasının verdiyi məlumata görə, bu barədə Əs-Suveyda vilayətinin valisi Mustafa əl-Bakur bildirib.

O bildirib ki, ölkənin yeni hökumətinin nümayəndə heyəti dürzi icmasının ağsaqqalları ilə Dəməşq yaxınlığında görüş keçirib.

“Suriya təhlükəsizlik qüvvələrinin patrullarına 20-yə yaxın əməkdaşın ölümü ilə nəticələnən hücumlar törədən cinayətkarların hüquq-mühafizə orqanlarına ekstradisiyasına dair razılıq əldə olunub”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR