Paşha Bank
Bank Of Baku

Təl-Əvivə uçan "Flydubai" təyyarəsi Səudiyyə Ərəbistanına eniş edib, pilotlar arasında mübahisə düşüb - YENİLƏNİB-1

Təl-Əvivə uçan "Flydubai" təyyarəsi Səudiyyə Ərəbistanına eniş edib, pilotlar arasında mübahisə düşüb - YENİLƏNİB-1
# 30 sentyabr 2026 11:24 (UTC +04:00)

“Flydubai” aviaşirkəti pilotların mübahisəsindən sonra Təl-Əvivə uçan təyyarənin istiqamətini Səudiyyə Ərəbistanına dəyişdiyini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə şirkətin hadisə ilə bağlı yaydığı açıqlamada bildirilib.

“Flydubai” təyyarənin qaçırılması ilə bağlı xəbərlərin həqiqətə uyğun olmadığını qeyd edib.

***

11:02

Tel-Əvivə uçan "Flydubai" aviaşirkətinin təyyarəsi Səudiyyə Ərəbistanına eniş edib.

"The Jerusalem Post" xəbər verir ki, hadisə pilotların bir-biri ilə mübahisəsi nəticəsində baş verib, qaçırılma kodu aktivləşdirilib.

İsrail Baş nazirinin sözçüsü də təyyarənin qaçırılmadığı bildirib.

***

10:56

Qaçırıldığı bildirilən Dubay-Təl-Əviv təyyarəsinin 10 dəqiqə ərzində Səudiyyə Ərəbistanına eniş edəcəyi gözlənilir.

Bu barədə “Ynet” məlumat yayıb.

***

10:36

Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsi qaçırılıb.

“Ynet”in xəbərinə görə, təyyarə bu barədə fövqəladə vəziyyət siqnalı verib.

Bildirilib ki, uçuşun istiqaməti Səudiyyə Ərəbistanına yönəldilib.

Məlumata görə, təyyarədə 150-dən çox sərnişin var.

İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz məsələ ilə bağlı təcili iclas çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR