Bank Of Baku

Əbubəkr əl-Bağdadinin bacısının həbs xəbəri təsdiqlənib

Əbubəkr əl-Bağdadinin bacısının həbs xəbəri təsdiqlənib
# 05 noyabr 2019 12:10 (UTC +04:00)

İŞİD terror təşkilatının öldürülmüş lideri Əbubəkr əl-Bağdadinin bacısı Rəsmiyyə Avadın həbs xəbəri təsdiqlənib. 

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun “Twitter”də bildirib ki, dünən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Əbubəkr əl-Bağdadinin bacısı Rəsmiyyə Avad həbs edilib.  

“Türkiyənin terrorla mübarizəsi davam etməkdədir. Əbubəkr əl-Bağdadinin bacısının həbsi Türkiyənin terrorla mübarizə sahəsində qazandığı uğurlu nümunələrindən biridir. Terrorun hər növü ilə mübarizədə başı bəlalar çəkən ölkəmiz İŞİD-lə mübarizədə qərarlı və qətiyyətlidir”, - deyə Fəxrəddin Altun vurğulayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında Əbubəkr əl-Bağdadinin bacısını saxlaması barədə xəbərlər yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR