Əfqanıstanda baş verən partlayış zamanı ölənlərin sayı 21-ə çatıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Hash-e Subh qəzeti məlumat yayıb.
Yaralıların sayının isə 25 nəfər olduğu vurğulanıb.
***
16:35
Əfqanıstanda baş verən partlayışda ən azı 7 nəfər ölüb.
APA “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.
***
16:14
Əfqanıstanda partlayış baş verib, ölən və yaralananlar var.
APA xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı yerli hakimiyyətdə olan mənbələrinə istinadən məlumat yayıb.
Taliban hərəkatının nümayəndələri terrorçu-kamikadzenin paytaxt Kabilin mərkəzində yerləşən Xarici İşlər Nazirliyinin binasına daxil olmağa cəhd edən zaman özünü partladığını bildirib.