Bank Of Baku

Əli Baqeri "Hizbullah" lideri ilə görüşüb

Əli Baqeri "Hizbullah" lideri ilə görüşüb
# 04 iyun 2024 11:06 (UTC +04:00)

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kəni ötən axşam "Hizbullah" lideri Həsən Nəsrullahla görüşüb.

APA xəbər verir ki, görüş Əli Baqerinin Livana səfəri çərçivəsində baş tutub.

Görüş zamanı bölgədəki hadisələr və Qəzza zolağındakı vəziyyətlə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki, Əli Baqeri yeni vəzifəsində ilk səfərini Livana edib.

O, Beyrutda Müqavimət qruplarının liderləri ilə görüşüb, İranın Fələstin və bölgədəki müqaviməti dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Livandan sonra o regional səfəri çərçivəsində Suriyaya gedib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR