Bank Of Baku

Əraqçi: İsrailin Tehrandakı yanacaq anbarlarını bombalaması beynəlxalq hüququn pozulmasıdır

İranın xarici işlər naziri Abbas Əraqçi

© APA | İranın xarici işlər naziri Abbas Əraqçi

# 16 mart 2026 07:53 (UTC +04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin hərbi cinayətlərinə görə məsuliyyətə cəlb edilməli olduğunu bildirib.

APA xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Nazirin sözlərinə görə, İsrailin Tehrandakı yanacaq anbarlarını bombalaması beynəlxalq hüququn pozulmasıdır və ekosid kimi qiymətləndirilə bilər.

Əraqçi qeyd edib ki, hücum nəticəsində İran sakinləri uzunmüddətli sağlamlıq problemləri ilə üzləşə bilər, həmçinin torpaq və yeraltı suların çirklənməsi baş verib.

“İsrail hərbi cinayətlərinə görə cəzalandırılmalıdır”, – deyə İran XİN rəhbəri vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR