Paşha Bank
Bank Of Baku

Husilər Səudiyyə Ərəbistanının neft obyektlərinə və hava limanlarına hücum etdiklərini açıqlayıblar

Husilər Səudiyyə Ərəbistanının neft obyektlərinə və hava limanlarına hücum etdiklərini açıqlayıblar
# 19 oktyabr 2026 21:34 (UTC +04:00)

Yəmənin “Ənsar Allah” hərəkatına bağlı husilər son 48 saat ərzində Səudiyyə Ərəbistanının ərazisinə bir sıra raket və dron hücumları həyata keçirdiklərini iddia ediblər.

APA xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya “Telegram” kanalında açıqlama verib.

Onun sözlərinə görə, husilər ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə etməklə altı hərbi əməliyyat keçiriblər.

Səriya bildirib ki, hücumların əsas hədəfləri arasında “Saudi Aramco” şirkətinin ölkənin qərbindəki Yanbu şəhərində yerləşən obyektləri və şərqdəki Şeybə neft yatağı olub.

Husilərin iddiasına görə, zərbələr nəticəsində həmin obyektlərdə yanğınlar başlayıb.

Bundan başqa, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanının, Əbha şəhərinin hava limanının, Xamis-Muşaytdakı hərbi hava bazasının, həmçinin hərbi dəniz obyektinin və radiolokasiya stansiyalarının hədəfə alındığı bildirilib.

Hücumların nəticələri və dəymiş ziyan barədə Səudiyyə Ərəbistanı tərəfindən təsdiqlənmiş məlumat təqdim olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR