Bank Of Baku

Ərdoğan HAMAS-ı terror təşkilatı hesab etmir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 23 sentyabr 2025 10:27 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “HAMAS-ı terror təşkilatı yox, müqavimət hərəkatı” kimi görür.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Türkiyə lideri bu barədə “Fox News”a müsahibəsində bildirib.

Ərdoğan girovların azad olunmasını yalnız HAMAS-ın üzərinə atmağın yanlış olduğunu vurğulayıb və İsrailin Qəzzaya hücumlarını tənqid edib.

“Ola bilərmi deyək ki, HAMAS silah baxımından İsraildən güclüdür? Xeyr, bu mümkün deyil”, - Ərdoğan vurğulayıb.

Dəryanur Cəfərova

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR