Bank Of Baku

Ərdoğan: Qara Dənizdə gərginliyi artıracaq addımlardan qaçmaq lazımdır

Ərdoğan: Qara Dənizdə gərginliyi artıracaq addımlardan qaçmaq lazımdır
# 10 sentyabr 2023 14:59 (UTC +04:00)

Taxıl məsələsində Rusiyanın maraqlarını qarşılamayan bir prosesin olması ehtimalı çox azdır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 sammiti çərçivəsində mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, Qara Dənizdə gərginliyi artıracaq addımlardan qaçmaq lazımdır.

Ərdoğan həmçinin əlavə edib ki, yaxın zamanda Qida Təhlükəsizliyi İşçi Qrupu yaradılacaq: “İstər Rusiya ya Ukrayna, BMT və beynəlxalq ictimaiyyətlə təmaslarımızı davam etdirəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR