Bank Of Baku

Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 14 noyabr 2025 00:28 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xorvatiyada qəzaya uğrayan, Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsində həlak olan pilotun ailəsinə başsağlığı verib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Ərdoğan hadisə ilə bağlı dərin kədər hissi keçirdiyini bildirib:

“Bu gün axşam saatlarında Xorvatiyada Meşə Təsərrüfatı Baş İdarəmizə məxsus yanğınsöndürmə təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması xəbərini aldıq. Pilotlarımızdan birinin ölümü ilə nəticələnən bu faciəvi hadisə bizi dərindən kədərləndirdi. Şəhidimizə Allahdan rəhmət, ailəsinə, ölkəmizə və millətimizə başsağlığı diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR