Bank Of Baku

Ərdoğan və Pezeşkian arasında telefon danışığı baş tutub

Ərdoğan və Pezeşkian arasında telefon danışığı baş tutub
# 29 mart 2025 20:46 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsi məlumat yayıb.

Tərəflər iki ölkə arasında ikitərəfli münasibətləri, aktual regional və qlobal məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan qarşıdakı dövrdə tərəflərin Türkiyə-İran əlaqələrinin daha da inkişaf etdirilməsi üçün səylərini davam etdirəcəklərini bildirib.

Söhbətin sonunda Rəcəb Tayyib Ərdoğan Məsud Pezeşkianı Ramazan bayramı münasibətilə təbrik edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR