Yaponiyanın G7-yə sədrliyi çərçivəsində Tokioda keçiriləcək görüş üçün G7 ölkələrinin parlament sədrləri bu şəhərə gələcək.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, görüşə Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk da dəvət olunub.
Danışıqların əsas mövzularından biri Ukrayna münaqişəsi olacaq. Bundan əlavə, tərəflər enerji təhlükəsizliyi məsələlərini də müzakirə edə bilərlər.