Bank Of Baku

HAMAS daha üç girovun cəsədini BQXK-yə təhvil verəcək

HAMAS daha üç girovun cəsədini BQXK-yə təhvil verəcək
# 02 noyabr 2025 22:38 (UTC +04:00)

HAMAS daha üç İsrail girovunun cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verəcək.

APA xəbər verir ki, bu barədə bəyanat hərəkatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının “Telegram” kanalında dərc edilib.

"Razılaşmanın bir hissəsi olaraq, bu gün Qəzza zolağının cənubunda tapılan daha üç girovun cəsədini tibb işçilərinə təhvil verəcəyik", - bəyanatda deyilir.

Bəyanatda girovlardan birinin sənədlərinin fotosu da dərc edilib və onun qalıqlarının yerli vaxtla saat 20:00-da təhvil veriləcəyi bildirilir.

Girovların cəsədlərinin tam olaraq harada qəbul təhvil veriləcəyi barədə heç bir məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR