HAMAS nümayəndə heyəti Qəzza zolağında daimi atəşkəsin təmin edilməsi və razılaşmanın ikinci mərhələsinə keçidlə bağlı danışıqları başa çatdırmaq məqsədilə Misirin paytaxtı Qahirəyə gəlib.
APA xəbər verir ki, bu barədə HAMAS-ın Siyasi Bürosu rəhbərinin mətbuat müşaviri Tahir ən-Nunu məlumat verib.
Məlumata görə Xəlil əl-Həyyənin rəhbərlik etdiyi nümayəndə heyəti vasitəçilərlə görüşərək daimi atəşkəs, humanitar yardımın artırılması, razılaşmanın birinci mərhələsinin tam icrası və Qəzza Milli İdarəetmə Komitəsinin fəaliyyətə başlamasını müzakirə edəcək.
ən-Nununun sözlərinə görə, Qəzzada mövcud idarəetmə komitəsinin istefasından sonra hakimiyyətin yeni komitəyə təhvil verilməsi üçün bütün inzibati hazırlıqlar tamamlanıb.