Bank Of Baku

Qurbanqulu Berdiməhəmmədov Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov

© APA | Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov

# 08 iyul 2026 19:55 (UTC +04:00)


Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA xəbər verir ki, nazir Mikayıl Cabbarov bu barədə “X” hesabında paylaşım edib.

“Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfərimiz zamanı Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri cənab Qurbanqulu Berdiməhəmmədovun qəbulunda olduq.
Dövlət başçılarımızın siyasi iradəsi sayəsində Azərbaycan-Türkmənistan münasibətlərinin dostluq və qarşılıqlı etimad əsasında intensiv inkişafını vurğuladıq.
İqtisadi əməkdaşlığın prioritetləri, qarşılıqlı fəaliyyətin şaxələndirilməsi istiqamətində reallaşdırılan genişmiqyaslı layihələr barədə fikirlərimizi bölüşdük”, paylaşımda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR