Bank Of Baku

Türkmənistan Prezidenti Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Türkmənistan Prezidenti Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
# 08 iyul 2026 18:24 (UTC +04:00)

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA xəbər verir ki, nazir bu barədə “X” hesabında paylaşım edib.

“Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfərimiz zamanı Prezident cənab Sərdar Berdiməhəmmədovun qəbulunda olduq.

Dövlət başçılarımızın dostluq və qardaşlıq münasibətlərinin, cənab Prezident Sərdar Berdiməhəmmədovun Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirdiyini vurğuladıq.

Biznes tərəfdaşlığının şaxələndirilməsi, birgə təşəbbüslərin təşviqi və regional iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük”,- nazir əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR