HAMAS bildirib ki, Qahirdədəki danışıqlarda irəliləyiş yoxdur.
APA xəbər verir ki, bu barədə HAMAS-ın yüksək rütbəli mənbəsi "Al-Jazeera"ya bildirib.
Mənbənin verdiyi məlumata görə, HAMAS-ın Qahirədəki nümyəndə heyəti aprelin 7-də gecə hərəkatın rəhbərliyi ilə məsləhətləşmək üçün Misirin paytaxtını tərk edib.
"Qahirədəki danışıqlarda heç bir irəliləyiş yoxdur. İsrail nümayəndə heyəti HAMAS-ın heç bir tələbinə cavab verməyib", - rəsmi iddia edib.
Xatırladaq ki, ötən həftə Qahirədə İsrail, ABŞ, Misir, Qətər və HAMAS arasında girovların qaytarılması ilə bağlı müzakirələr keçirilib.