HAMAS Təl-Əvivi raket atəşinə tutub, 2 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-1

HAMAS Təl-Əvivi raket atəşinə tutub, 2 nəfər yaralanıb - VİDEO  - YENİLƏNİB-1
# 26 may 2024 19:13 (UTC +04:00)

Son dörd ayda ilk dəfə HAMAS-ın Rafah şəhərindən İsrailin mərkəzinə 8 raket buraxması nəticəsində 2 nəfər yüngül yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.

Buraxılan raketlərdən 3-ü “Dəmir qübbə” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, 5-i açıq əraziyə düşüb. Təl-Əviv yaxınlığındakı Herzliya qəsəbəsində bir evə qəlpələr düşüb, 2 nəfər yüngül yaralanıb.

***

saat 15.54

HAMAS Rafah şəhərindən İsrailə 8 raket buraxıb.

APA-nın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.

Qeyd edilib ki, raketlərin bir hissəsi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

***

saat 15.24

Təl-Əviv raket atəşinə tutulub.

APA-nın “The Times of Israel”-ə istinadən verdiyi xəbərə görə, son 4 ayda ilk dəfə HAMAS Qəzza zolağından Təl-Əvivə raket zərbəsi endirib.

HAMAS İsrail Ordusunun mülki şəxslərə qarşı əməliyyatına cavab olaraq Təl-Əvivə zərbə endirdiyini açıqlayıb.

Raketlər Rafah şəhərindən buraxılıb. Ümumilikdə Təl-Əvivə 10 raket atılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR