Helikopter qəzasında həlak olan İran Prezidenti və digərlərinin cənazələri Təbrizdən Tehrana aparılıb - VİDEO - YENİLƏNİB

Helikopter qəzasında həlak olan İran Prezidenti və digərlərinin cənazələri Təbrizdən Tehrana aparılıb - VİDEO  - YENİLƏNİB
# 21 may 2024 15:20 (UTC +04:00)

Helikopter qəzasında həlak olan İran Prezidenti və digərlərinin cənazələri Təbrizdən Tehrana aparılıb.

APA “Tasnim”ə istinadən xəbər verir ki, cənazələri daşıyan təyyarə Mehrabad hava limanına çatıb. Sabah onlarla Tehranda vida mərasimi keçiriləcək.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter mayın 19-da, axşam saatlarında qəzaya uğrayıb. Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmirabdullahian da daxil olmaqla, helikopterdəki bütün şəxslər həlak olub.

***

10:36

Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən dövlət rəsmiləri ilə vida mərasimi başlayıb.

APA-nın “IRNA” agentliyinə istinadən xəbərinə görə, tədbir Təbrizdə keçirilir. Vida mərasimləri İranın digər bölgələrində də keçiriləcək.

Təbrizdən sonra Qum, Tehran, Bircənd və sonda İbrahim Rəisinin doğma şəhəri Məşhəddə vida mərasimləri keçiriləcək.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter mayın 19-da, axşam saatlarında qəzaya uğrayıb. Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmirabdullahian da daxil olmaqla, helikopterdəki bütün şəxslər həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR