HƏMAS hərəkatının lideri Yəhya Sinvar bəyan edib ki, hərəkat İsrail həbsxanalarında olan bütün fələstinlilərin İsraildə keçirilən əməliyyat zamanı radikallar tərəfindən əsir götürülən bütün girovlarla dəyişdirilməsi haqqında saziş bağlamağa hazırdır.
APA xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
“Biz əlimizdə saxladığımız bütün [İsrailli girovları] bütün fələstinli məhbuslarla [İsrail həbsxanalarında] dəyişdirmək üçün dərhal saziş bağlamağa hazırıq”, – Sinvar Əl Hadat telekanalına bildirib.