HƏMAS-ın hərbi lideri İsraildə yaşayan ərəbləri və qonşu dövlətləri İsrail üzərinə hücuma qoşulmağa çağırıb.
APA xəbər verir ki, bu barədə “The Times of İsrael” nəşri məlumat yayıb.
Nəşrin sözlərinə görə, HƏMAS-ın hərbi lideri Məhəmməd Deif Qəzza zolağından İsrailə qarşı həyata keçirilən raket hücumlarını “böyük inqilab günü” adlandıran bəyanat yayıb:
"Bu gün Fələstin xalqı inqilaba qalxıb və qayıdış canlanıb”, - deyə bəyanatda bildirilib.
Deif Livan, İraq, Suriya və Liviyadakı ərəbləri Fələstinə qoşulmağa və birlikdə müqavimət göstərməyə çağırıb.
"HƏMAS"ın siyasi bürosunun rəhbərinin müavini Saleh əl-Aruri də eyni məzmunlu bəyanatla ərəbləri və qonşu ölkələri “Əqsa tufanı” (“Flood al-Aqsa”) hərbi əməliyyatlarına qoşulmağa çağırıb.