HƏMAS-ın silahlı qanadı "İzəddin əl-Qəssam" qruplaşması Tel-Əvivdə yerləşən Ben Qurion beynəlxalq hava limanını atəşə tutduğunu bəyan edib.
APA xəbər verir ki, TASS-a istinadən məlumat verir ki, bu barədə qruplaşmanın Teleqram kanalında bildirilib.
Qeyd edək ki, daha əvvəl İsrail Müdafiə Ordusu Tel-Əvivdə və ölkənin mərkəzi rayonlarında hava həyəcanı elan etmişdi.