Bank Of Baku

Hindistan G20-yə sədrliyi rəsmən Braziliyaya təhvil verib

Hindistan G20-yə sədrliyi rəsmən Braziliyaya təhvil verib
# 10 sentyabr 2023 12:01 (UTC +04:00)

Hindistan “Böyük İyirmiliy”ə (G20) sədrliyi rəsmən Braziliyaya təhvil verib.

APA-nın xəbərinə görə, G20-nin 2024-cü ildə növbəti sammiti Braziliyada keçiriləcək.

Mərasim Yeni Dehlidə keçirilən sammitin yekun sessiyasında baş tutub. Hindistanın baş naziri Modi rəmzi sədrlik toxmağını digər sammit iştirakçılarının alqışları altında Braziliya Prezidenti Luiz İnasio Lula da Silvaya verib.

Bununla belə, Hindistan bu ilin sonuna qədər G20 ilə əlaqədar bir sıra tədbirlər keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR