Bank Of Baku

Hindistanda aksiyada izdiham yaşanıb, 40 nəfər ölüb

Hindistanda aksiyada izdiham yaşanıb, 40 nəfər ölüb
# 28 sentyabr 2025 15:05 (UTC +04:00)

Hindistanın Tamilnadu ştatında keçirilən mitinqdə izdiham nəticəsində azı 40 nəfər ölüb, 95 nəfər isə yaralanıb.

APA-nın “Hindustan Times”-a istinadən verdiyi xəbərə görə, hadisə şənbə günü Karur dairəsində “Tamiqlaqa Vetti Kajagam” (TVK) partiyasının lideri və tanınmış aktyor Vijayın iştirak etdiyi aksiyada baş verib.

Vijay mitinqdə tərəfdarlarına müraciət edərkən meydanda sıxlıq yaranıb.

Hadisə yerinə çoxsaylı təcili yardım və xilasedici qruplar cəlb edilib.

Faciə ilə bağlı araşdırma başlanılıb. İlkin versiyalara görə, izdihamın səbəbi tədbirin təşkilindəki zəif təhlükəsizlik tədbirləri olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR