Bank Of Baku

Hindistanda avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb

Hindistanda avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb
# 13 sentyabr 2023 09:33 (UTC +04:00)

Hindistanın Racastan ştatında yük maşınının sərnişin avtobusu ilə toqquşması nəticəsində azı 11 nəfər ölüb, 15 nəfər yaralanıb.
APA TASS-a istinadən xəbər verir ki ,bu barədə yerli polis məlumat yayıb.

Hadisə gecə saat 04:30 radələrində Bharatpur şəhərində magistral yolda baş verib. Qucaratdan Uttar Pradeşə gedən avtobus nasazlıq səbəbindən yerüstü keçiddə dayanıb. Bu vaxt yüksək sürətlə hərəkət edən yük maşını avtobusa çırpılıb.

Baş nazir Narendra Modi ölənlərin hər birinin yaxınlarına 2,4 min dollar, zərərçəkənlərə isə 600 dollar məbləğində təzminat ödəniləcəyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR