Bank Of Baku

Hindistanda fabrikdəki partlayışda 18 nəfər ölüb

Hindistanda fabrikdəki partlayışda 18 nəfər ölüb
# 01 aprel 2025 16:49 (UTC +04:00)

Hindistanda partlayıcı maddələr istehsal olunan fabrikdəki partlayış nəticəsində 18 nəfər ölüb.

APA “gmanews”a istinadən xəbər verir ki, rəsmilər bu rəqəmin artacağını istisna etmir.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

İlkin məlumata görə, anbardakı qurğulardan birinin partlaması nəticəsində qeydə alınan partlayış yanğınla müşayiət olunub.

Müəssisənin rəhbərliyi həmin vaxt ərazidə olan işçilərin dəqiq sayı barədə məlumatsız olduğunu bildirib.

Partlayışdan xilas olunan 5 nəfər xəstəxanaya çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR