Bank Of Baku

Hindistanda gölün daşması nəticəsində yüzdən çox insan itkin düşüb

Hindistanda gölün daşması nəticəsində yüzdən çox insan itkin düşüb
# 06 oktyabr 2023 06:03 (UTC +04:00)

Hindistanın şimal-şərqindəki Lonak buzlaq gölünün daşması nəticəsində ən azı 14 nəfər ölüb, 102 nəfər itkin düşüb.

APA xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

“Çərşənbə günü baş verən təbii fəlakət nəticəsində 22 mindən çox insan zərər çəkib. Daşqın əsas magistralları və körpüləri yuyub aparandan sonra 3 mindən çox turist də çətin vəziyyətdə qalıb”, - nəşr yazır.

Nəşr yazır ki, Lonak gölü uzun sürən yağışlar səbəbindən daşıb. Qısa müddətdə əraziyə beş aylıq norma həcmində yağıntı düşüb. Həmçinin Tista dağ vadisində yağışlar səbəbindən bənd qismən dağılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR