Honq-Konq hüquq-mühafizə orqanları triadalara və digər mütəşəkkil cinayətkar cəmiyyətlərə qarşı genişmiqyaslı xüsusi əməliyyat zamanı 6400 nəfəri saxlayıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şəhər polisinin açıqlamasında bildirilir.
Xüsusi əməliyyat iyunun 12-dən sentyabrın 21-dək qonşu Quandun əyalətinin və Çin Xalq Respublikasının Makaonun xüsusi inzibati bölgəsinin hüquq-mühafizə orqanlarının iştirakı ilə keçirilib. Əməliyyatlarda ümumilikdə 83 min polis əməkdaşı iştirak edib, 3100 obyektdə axtarış aparılıb.
Zabitlər 12 milyon Honq-Konq dolları (təxminən 1,54 milyon dollar) dəyərində nağd pul, habelə ümumi dəyəri 350 milyon HK dollarından (təxminən 44,87 milyon dollar) çox olan silahlar, marixuana, ketamin, kokain, metamfetamin, heroin və digər narkotik vasitələr müsadirə ediblər.