Bank Of Baku

Hörmüz boğazında daha bir tankerin dronla vurulduğu bildirilir

Hörmüz boğazında daha bir tankerin dronla vurulduğu bildirilir
# 14 avqust 2026 12:26 (UTC +04:00)

Hörmüz boğazında daha bir tanker dronla hədəfə alınıb.

APA xəbər verir ki, bununla bağlı Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları (UKMTO) məlumat yayıb.

Bildirilib ki, tanker Hörmüz boğazından çıxarkən dron zərbəsinə məruz qalıb.

Nəticədə tankerə yüngül ziyan dəyib.

Hadisə insan tələfatına və xəsarətə səbəb olmayıb.

Qeyd edək ki, bundan əvvəl BƏƏ-nin neft şirkətinə məxsus tankerlər Hörmüz boğazında hədəfə alınıb. BƏƏ hadisə ilə bağlı İranı günahlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR